Bir neçə gün öncə Bakıda parkinq edilmiş maşını vurub qaçan “Toyota Prius” sürücüsü saxlanılıb.
Bu barədə BUTA.TV-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, yanvarın 23-də Abbas Səhhət küçəsində nəqliyyat vasitəsinə maddi ziyan vuran “Toyota Prius” markalı 99-PG-933 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Nəsimi rayon DYPŞ əməkdaşları tərəfindən müəyyən olunub:
“Sözügedən “Toyota Prius” markalı avtomobilin sürücüsü Sadıqov Nicat Arif oğlu hadisəni törədən zamanı nəqliyyat vasitəsini narkotik vasitənin, psixotrop və güclü təsir göstərən maddələrin, eləcə də sərxoş halda idarə edib. Sərxoş vəziyyətdə idarə etdiyi avtomobil ilə dayanmış vəziyyətdə olan “Hyundai Sonata” markalı 99-XR-434 dövlət nömrə nişanlı avtomobilə 4 dəfə vuraraq hadisə yerindən yayınıb. Aparılan araşdırma zamanı şəxsin kimliyi müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1, 333.3, 332.1 və 327.6-cı maddələrinə əsasən tərtib edilən protokol toplanan sənədlərlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
Onu da qeyd edim ki, sürücü Sadıqov Nicat Arif oğlunun sürücükük vəsiqəsinin 15 cərimə balı olduğu da aşkar edilib”.
“Nəsimi Rayon Məhkəməsi tərəfindən İXM-nin 333.3-cü bəndi əsas götürərək Sadıqov Nicat Arif oğlu barəsində nəqliyyat vasitəsini iki il müddətinə idarəetmək hüququnun məhdudlaşdırılması və 15 gün müddətinə inzibati qaydada həbs edilməsini tələb edilib”, - deyə A.Əsgərli qeyd edib.
- Malıbəyli və Quşçular qətliamından 34 il ötür
- Qurban Qurbanovun qızının toyudur - Video
- Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanıldı
- Bu ərazilərdə qaz olmayacaq
- SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
- Bu tibb mərkəzi həkimlərə görə cərimələndi
- Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
- Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video