Güney azərbaycanlılar yanvarın 27-də Təbrizdə Azərbaycan konsulluğu qarşısında dəstək aksiyası keçirib.
BUTA.TV xəbər verir ki, polis aksiyaya gələnlərə mane olsa da, soydaşlarımızin bir qismi konsulluğun qarşısına toplaşaraq, Azərbaycanı dəstəklədiyini bildirib, Tehranda Azərbaycan səfirliyinə edilən xain hücumu pisləyən şüarlar səsləndirib.
Onlar konsulluğun qarşısında "Yaşasın Azərbaycan" şüarları ilə bir daha fars-irançı siyasətinə qarşı öz nifrət və qəzəbini bildirib.
Yanvarın 28-i axşam saatlarında Təbrizdə Azərbaycana növbəti dəstək aksiyasının keçirilməsi ilə bağlı çağırışlar var.
Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.
- Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra...
- Putin və Ərdoğan Ukraynanı müzakirə edəcək
- Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər
- Gözü yüksəklərdə olan sinif... - 11a-nın 13-ü
- Polşa səfiri XİN-ə çağırıldı
- 600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
- Biz neft sata bilməsək, heç kim sata bilməyəcək – Qalibaf
- Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi