Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində həlak olan baş leytenant Orxan Əsgərovun yas mərasimində sürpriz bir qonaq diqqət çəkib.
BUTA.TV xəbər verir ki, yas mərasimində çəkilən fotolardan birində Naxçıvan MR-in keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov da var.
Yeni Yasamal qəsəbəsində təşkil olunan və hazırda davam edən yas mərasimində deputatlar və hökumət nümayəndələri də iştirak edir.
Qeyd edək ki, Orxan Əsgərov İrandakı səfirliyimizin mühafizə xidmətinin rəisi olub və 27 yanvarda törədilən terror aktı zamanı qəhrəmancasına şəhid olub. İran dövləti son iki gündür şəhidimizin nəşinin ölkəmizə gətirilməsinə mane olurdu.
- Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər
- Gözü yüksəklərdə olan sinif... - 11a-nın 13-ü
- Polşa səfiri XİN-ə çağırıldı
- 600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
- Biz neft sata bilməsək, heç kim sata bilməyəcək – Qalibaf
- Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi
- Fidan Darla danışdı
- Nepala nə qədər zərər dəyib? – Nazir açıqladı