Azərbaycan Avropanın enerji təhlükəsizliyində Cənub Qaz dəhlizi vasitəsilə əhəmiyyətli rol oynayır. İmzalanan müqaviləyə görə, sözügedən dəhlizin tərkib hissəsi olan boru kəmərləri ilə hər il 6 milyard kubmetr Türkiyəyə, 10 milyard kubmetr isə Avropaya qaz ixrac olunur. Ötən il isə AB və Azərbaycan arasında həcmin 2027-ci ilədək 32 milyard kubmetrədək artırılması haqqında memorandum imzalanıb.
Bu sözləri BUTA.TV-a İlham Əliyevin Macarıstana rəsmi səfəri haqqında danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib.
Ekspert AB və Macarıstanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanı etibarlı tərəfdaşı kimi gördüyünü ən vacib məqam kimi qeyd edib:
“Ötən il həm də oktyabr ayının 1-də Sofiyada cənab Prezidentin iştirakı ilə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı oldu. Bu və digər hadisələr, eyni zamanda Ukrayna müharibəsinin başlaması ilə sözünün üstündə duran ölkə kimi Azərbaycanın önəmini daha artırdı. Çünki ölkəmiz zəngin qaz ehtiyatlarına sahibdir və etibarlı tərəfdaşdır.
Macarıstan isə Azərbaycanın təbii qaz marşrutlarının daha da şaxələndirilməsi baxımından tranzit ölkə kimi vacib əhəmiyyət daşıyır. Digər tərəfdən ölkələrimiz arasında həm ikitərəfli, həm də TDT çərçivəsindəki münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Cənab Prezidentin səfəri zamanı da münasibətlərin dərinləşdirilməsi haqqında müqavilə imzalandı. Macarıstan həm də ölkəmizin elektrik enerjisinə də ehtiyac duyur. Bununla bağlı 17 dekabr 2022-ci ildə Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş” imzalanıb. Hazırda Macarıstan təbii qaza olan ehtiyacının 65 faizini Rusiyadan idxal hesabına ödəyir. Ona görə də üzvü olduğu AB enerji asılılığını azaltması üçün Macarıstana güclü təzyiq göstərir. Rəsmi Bakı isə Budapeşt üçün dost və ən əsası sözünün üstündə duran etibarlı müttəfiqdir”.
- Ağamalının xanımı: Müayinə üçün getmişdi, dünyasını dəyişdi
- Bakıda restoranı yandıran daha bir şəxs saxlanıldı
- Azərbaycanda şiferlər qadağan edilir
- Azərişıq ASC-nin yaranmasının 11 ili tamam olur
- Sabah Bakıya qar yağacaq
- Tərtərdə ağır qəza: ölən var - Foto
- Bakıda daha bir ərazidə böyük söküntü başlayır
- Çörək bahalaşdı - FOTO