Yük avtomobillərinin müəyyən olunmuş vaxtlarda Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunmasına baxmayaraq, yanvarın 23-də WO 39922 qeydiyyat nişanlı “Mersedes Benz” markalı yük avtomobilinin sürücüsü Bakı-Quba avtomobil yolunun üzərində yerləşən “Daş bazarı” adlı ərazidən qanunsuz olaraq paytaxta doğru hərəkət etməyə cəhd göstərəkən DYP əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə BUTA.TV-a Baş Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Sənədlərə baxış zamanı sürücü E.Nəbiyevin nəqliyyat vasitəsini idarəetməyə dair heç bir sənədinin olmaması aşkar edilib. O, polis əməkdaşlarının qanuni fəaliyyətinə müdaxilə edərək onlara qarşı müqavimət göstərdiyi üçün DYP əməkdaşları tərəfindən ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib. Sürücü törətdiyi əməllərə görə qanunamüvafiq olaraq məsuliyyətə cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müraciət edərək tətbiq edilmiş məhdudiyyət tədbirlərinə hörmətlə yanaşmağı və qanunsuz yollarla paytaxta daxil olmağa çalışmamağı tələb edir, eyni zamanda bütün yol-hərəkəti iştirakçılarından hadisənin mahiyətini bilmədən, sırf polisin qanuni fəaliyyətini gözdən salmağa yönəlmiş məlumatları paylaşmaqdan çəkinməyi xahiş edir.
- Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video
- 1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video
- Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto
- İlham Əliyev Özbəkistana dəvət edildi
- Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...
- Ermənistanda Türk dilinin tədrisi... - Andreasyan
- Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər
- Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemi dəyişdi