İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsiylə bağlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün İsrailin müdafiə naziri Yoav Qallant Azərbaycanın müdafiə naziri Zakir Həsənova və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə telefon zəngi barədə qeyd edib.
O bildirib ki, İrandakı dairələrin Azərbaycana qarşı növbəti təxribat planları İsraili də narahat edir:
“İsrail İrandakı hərbi müəssisələrə zərbələr endirib. Tehran cavab aksiyası barədə düşünür. Tehran İsraillə yanaşı Təl-Əvivin bölgədəki tərəfdaşlarına qarşı da təxribat planları hazırlaya bilər. Bu səbəbdən Azərbaycanın həm təhlükəsizlik tədbirlərini artırmağa, həm də bu sahədə tərəfdaşlarıyla əməkdaşlığı genişləndirməsinə ehtiyacı var. Azərbaycanda İranın casus şəbəkəsi neytrallaşdırılır. Ancaq İranın 30 ildə Azərbaycanda casus şəbəkəsi ilə yanaşı, “yatmış hücrələr” formalaşdırdığı da istisna deyil. Azərbaycan 30 ilə yaxındır İran agenturasıyla mübarizə aparır, nə qədər həbslər həyata keçirilib, ancaq bu hələ də son deyil”.
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı