Milli Məclisin deputatı Tahir Rzayev “Azercell”in Gəncədən olan Vətən müharibəsi şəhidi Məmmədov Araz Adil oğlunu məhkəməyə verməsinə etiraz edib.
T.Rzayev açıqlamasında “Azercell”in bu addımını pisləyib.
Deputat bildirib ki, şəhidi məhkməyə vermək qəbuledilən deyil: “Şəhid artıq Vətəni uğrunda öz canını fəda edib. Ən böyük mükafat onun canıdır ki, verdi. “Azercell”in bu hərəkəti ikrah doğuran hərəkətdir. Şəhidimizin borcu nə qədərdir ki? Bu borcu toplayıb, tez bir zamanda ödəmək olar. Yaxşı olardı ki, “Azercell” bu məsələni müvafiq orqanlara, Gəncənin icra nümayəndələrinə, yaxud hansısa sahibkara deyərdi. Onlar şəhidin borcunu təcili verərdilər. Bu məsələni məhkəmə qarşısında qaldırmaq insanların özlərinə hörmətsizlikdir, qayğı deyil. Şəhidlərimizin adını ucaltmalı, onları daim qiymətləndirməliyik, qiymətləndiririk də... Belə hallar olanda insanlarımız inciyirlər, inciməyə haqları da var. Çünki nə qədər miqdarda pul olur-olsun, lap bir neçə min manat olsun, bəlkə, heç bu qədər də deyil. Belə hərəkətlər yaramaz. “Azercell” milyonlar qazanır, Azərbaycandan, insanlarımızdan faydalanır. Amma şəhidi məhkəməyə vermək insanlıqdan uzaq bir hərəkətdir. İnanmıram ki, məhkəmə bu işə baxsın, düşünürəm, ləğv edəcək. Əgər məhkəmə məsələyə baxsa, onun da tutduğu yol düzgün olmaz. Sözsüz ki, məhkəmə “Azercell”in cavabını vercək. Mən şəhidin borcunu öz əməkhaqqımdan hissə-hissə ödəməyə hazıram”.
Qeyd: 1994-cü il təvəllüdlü şəhid Məmmədov Araz 4 noyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio