Türkiyədə baş verən dəhşətli zəlzələnin qurbanları hər keçən saat artmaqdadır. 7.7 və 7.6 maqnitudalı iki zəlzələ minlərlə binanın dağılmasına, 100 min civarında insanın zərər görməsinə səbəb oldu. Bu qədər dağıntı və itki nə ilə bağlıdır?
BUTA.TV bildirir ki, bu suala Türkiyənin "Habertürk” kanalının canlı yayımında cavab verən tarixçi alim, professor İlbər Ortaylı günahı məsuliyyətsizliklə əlaqələndirib:
“Uzun bir dönəmi əhatə edən yoxlamalara ehtiyac var. Çünki nə olduğu, haradan gəldiyi bilinməyən, təcrübəsini sübuta yetirməmiş insanlar bu ərazilərdə illərdir bina tikməklə məşğuldurlar. Heç bir araşdırma aparmadan bu işləri görüblər. Nəticəsi də ortadadır. Burada saf istehlakçıların ən rəzil formada aldadılmasından söhbət gedir. Bu cür günahlar cəzasız qala bilməz, bunun əfvi yoxdur.
Binanın zirzəmisində parkinq yeri yaratmaq məqsədi ilə özülün sütunlarını kəsiblər. Ağlı başında olan sakinlərin də bir çoxu buna göz yumub. Şəxsən mən belə bir yerdən dərhal köçdüm. Ərazinin adını çəkmirəm, amma faktiki olaraq binanın dirək sütunlarını kəsmişdilər. Bu gün yaşadığımız böyük faciənin səbəblərindən biri də budur. Yoxlama, audit - bunlar yox səviyyəsindədir. Digər inşa olunmuş tikililərin də sağlam olduğu şübhəlidir. Ani yoxlamalara ehtiyac var”.
- Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı
- Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı
- Azərbaycan nümayəndə heyəti İrəvanda - Foto
- Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var
- Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada Mehdiyevdir?
- 1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan
- Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz
- “Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi