Əsas vacib məsələ odur ki, AB-nin sözügedən missiyası Azərbaycanın yox, Ermənistanın ərazisinə gəlir. Yəni baş verənlər birbaşa Moskva və İrəvan münasibətləri ilə bağlıdır. Hazırda Ermənistanın açıq şəkildə qərbyönümlü siyasət yeritdiyi görünsə də, Rusiya buna qarşı hələ ki, heç bir şey edə bilmir. Rusiyanın əsas niyyəti Ermənistanı itirməməkdir.
Bu sözləri BUTA.TV-a AB-nin qarşıdakı günlərdə Ermənistana göndərəcəyi missiya və Rusiyanın sözügedən məsələyə verəcəyi cavab haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor Rusiyanın Azərbaycanın haqlı tələblərinə müsbət cavab verməməsinin belə bir nəticə doğurduğunu vurğulayıb:
“Bildiyimiz kimi, orada Rusiyanın hərbi bazası, eyni zamanda dəstəklədiyi siyasi qruplar var. Paşinyanın apardığı siyasət nəticə etibarilə yaxın gələcəkdə Rusiyanın müəyyən məsələlərə açıq müdaxiləsinə gətirib çıxara bilər. İkinci vacib aspekt Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilən rus sülhməramlıların məsuliyyət zonasına kənar şəxslərin istədikləri kimi girişi və çıxışıdır. Əgər Rusiya vaxtında Azərbaycanın sülhməramlıların fəaliyyəti ilə bağlı xəbərdarlıqlarına əməl etsəydi, vəziyyət belə həddə gəlməzdi. Çünki Rusiya dövləti Azərbaycan və Ermənistan arasında birbaşa vasitəçidir. Rusiya və onun göndərdiyi sülhməramlı kontingent öz vəzifələrində yetərincə məsuliyyətli olmalı idi. Fikrimcə, Rusiya gec olmadan gedən prosesləri və Azərbaycanla bağlı siyasətini yenidən nəzərdən keçirməli, düzgün addımlar atmalıdır”.
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
- Putinin köməkçisi Bakıda: Belə razılaşma hər ölkədə yoxdur - Video
- Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!
- “Rusiya qətiyyətli cavab verəcək” - Putindən xəbərdarlıq