Ötən gün Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənova məxsus Təchizatçı ASC-nin Binəqədi rayonu Binəqədi rayonu, 7-ci mikrorayon, 3097-ci məhəllə, 14B ünvanında yerləşən 1,8 hektara yaxın torpaq sahəsinin 12 milyon manata satıldığı haqda məlumat vermişdik.
BUTA.TV xəbər verir ki, məlumat yayıldıqdan dərhal sonra təkzib paylaşan Əli Həsənov bu torpağın ona və ailəsinə aid olmadığı haqda gözgörəsi yalana cəhd edib.
Təchizatçı ASC-nin qanuni varisi Azər Kalam oğlu Vəliyevdir və onun Əli Həsənovun biznes imperiyasını idarə etdiyi kimdəsə sual doğurursa, onda bu siyahıya nəzər yetirməsi lazımdır:
1. "KASPİ CO" Mənzil Tikinti Kooperativi - Nizamnamə kapitalı 100.00 AZN, qanuni təmsilçisi Azər Kalam oğlu Vəliyev;
2. “KASPİ-AZ” MMC - Nizamnamə kapitalı 20.00 AZN, qanuni təmsilçisi Azər Kalam oğlu Vəliyev;
3. “BEYNƏLXALQ MƏTBUAT MƏRKƏZİ" MMC - Nizamnamə kapitalı 10.00 AZN, qanuni təmsilçisi Azər Kalam oğlu Vəliyev;
4. "TƏCHİZATÇI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ - Nizamnamə kapitalı 146144.00 AZN, qanuni təmsilçisi Azər Kalam oğlu Vəliyev;
5. “GOLDEN PRİNCE" MMC - Nizamnamə kapitalı 300.00 AZN, qanuni təmsilçisi Azər Kalam oğlu Vəliyev.
“Kaspi” adı ilə fəaliyyət göstərən biznes strukturlarının və yaxud Beynəlxalq Mətbuat Mərkəzinin Əli Həsənova (onun xanımı Sona Vəliyevaya) aid olduğunu bu ölkədə bilməyən kimsə varmı?
Bu da 2014-cü ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları layihəsinin (Organized Crime and Corruption Reporting Project - OCCRP) “Azadlıq” radiosu ilə birgə araşdırmasının (həmin vaxt Əli Həsənov vəzifədə idi) nəticəsində üzə çıxanlar:
1. Araz Teleradio MMC – Faktiki rəhbərliyi Şamxal Həsənli (Əli Həsənovun oğlu) həyata keçirirdi. Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır (Beynəlxalq Mətbuat Mərkəzinin keçmiş binası), 17 fevral, 2011-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Kərimov Etiram Kərim oğlu, təsisçilər: "GOLDEN PRİNCE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, Kərimov Etiram Kərim oğlu;
2. Golden Prince MMC - Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 4 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçilər: GHOUCHKHANİ SİROUSE XXX , Vəliyev Azər Kalam oğlu;
3. Kaspi Education MMC - Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 18 may 2012-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Vəliyeva Sona Məhəmməd qızı. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı;
4. Kaspi Global MMC - Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 27 iyul 2011-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Həsənli Şamxal Əli oğlu. Təsisçi: Həsənli Şamxal Əli oğlu;
5. Kaspi Tibb Mərkəzi (Xətai Estetik Klinikası və aptek daxildir) - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 28.09.2007 Qanuni təmsilçi: Kərimov Etiram Kərim oğlu;
6. “Mətbuat Evi” MMC - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 1.09.2010. Qanuni təmsilçi: Həsənli Şamxal Əli oğlu. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı;
7. Kaspi – EC - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 12.01.2009. Qanuni təmsilçi: Vəliyeva Sona Məhəmməd qızı. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı;
8. Kaspi Co mənzil tikinti kooperativi - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 17.12.2008. Qanuni təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçilər: Vəliyeva Sona Məhəmməd qızı, Vəliyeva Maisə Polad qızı, Həsənova Səfiyə Qafar qızı, Vəliyev Azər Kalam oğlu, Həsənli Şamxal Əli oğlu (Diqqət edin: qanuni təmsilçi Azər Vəliyev, təsisçi isə Əli Həsənovun xanımı Sona Vəliyeva).
9. Kaspi-Az - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 04.12.2008. Qanuni təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçi: Vəliyev Azər Kalam oğlu.
10. Beynəlxalq Mətbuat Mərkəzi – 2003-2010-cu illərdə Fikrət Əmirov küç, 1 ünvanında fəaliyyət göstərib. Direktoru Vəliyev Azər Kalam oğludur.
11. “Kaspi Mətbuat Yayımı” MMC - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 01.03.2004. Qanuni təmsilçi: Salmanov Süleyman Əli oğlu.
12. "Kaspi" qəzeti – təsisçisi Sona Vəliyevadır.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir