UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda qarşılaşacaq Azərbaycanın “Qarabağ” və Belçikanın “Gent” komandalarının start heyətləri açıqlanıb.
BUTA.TV xəbər verir ki, "Qarabağ"ın start heyətində Luka Quqeşaşvili, Julio Romao, Marko Yankoviç, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev yer alacaqlar.
Belçika təmsilçisinin heyətində isə meydana Deyvi Rof, Cozef Okumu, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Villi Orban, Cordan Torunariqa, Sven Kums və Bruno Qodo çıxacaqlar.
Matçı isveçrəli baş hakim Məhəmməd Al-Hakim idarə edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 21:45-də başlayacaq.
“Qarabağ” tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu mərhələsində Fransanın “Marsel” komandasına məğlub olaraq avrokuboklarla vidalaşıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio