Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 17-də Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel ilə görüşü münasibətlərdə problemin olmadığına işarədir. Əlbəttə, Avropa İttifaqının Azərbaycanın Ermənistanla təmas xəttinə iki il müddətinə müşahidəçilər missiyası göndərməsi Bakıda suallar yaradıb. Ancaq bu, Bakı ilə Brüssel arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmamalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, müşahidəçi missiya təmas xəttində Azərbaycana problem yaratmaq imkanına və statusuna malik deyil. Azərbaycan AB ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır, əsas ticarət tərəfdaşlarımız Avropadadır:
“Şarl Mişelin vasitəçiliyi ilə ötən il Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında 4 görüş keçirilib. Beşinci görüşün alınmamasına Fransanın müdaxiləsi səbəb olub. Ancaq Azərbaycan prezidenti Brüsselin vasitəçiliyindən imtina etməyib. Əksinə, İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini vurğulayıb. Təsadüfi deyil ki, İlham Əliyev Şarl Mişellə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparılıb. Sadəcə, Şarl Mişeldən tələb olunan Fransa Prezidenti Emmanuel Makronu danışıqlar prosesindən kənar tutmaqdır. Ermənistanın mövqeyini müdafiə edən Makron Brüsselin vasitəçiliyinə əngəldir”.
- Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
- Ermənistan Bakıya uçuşların sayını açıqladı
- Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı
- “Hörümçək toru” əməliyyatı belə idarə olunub - Detallar
- Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?
- Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...
- Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...
- Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır