Amerika Birləşmiş Ştatları Administrasiyası əmindir ki, Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq üçün tarixi imkanları var.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Biz hesab edirik ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir. Tərəflərin özləri yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yolu ilə, eləcə də Avrop İttifaqı və bizimlə diqqət mərkəzində olublar. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”, - Blinken bildirib.
Qeyd edək ki, fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio