Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belçikada "Gent"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
"Futbolçularımın sağlam olması mənə əlavə güc, düşüncə verir. Buraya gələn digər oyunçularımız nə etməli olduqlarını bilirlər. Bu dəfə meydana çıxan futbolçulardan fərqli şeylər tələb edə bilərik", - Q.Qurbanov söyləyib.
Qeyd edək ki, fevralın 23-də "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
- Azərbaycan Ukraynaya hansı “Su-22-ləri” verir? – Absurd iddia
- Hacıyev bu sözləri ermənilərə çatdırmağımı istədi
- Vardanyanla həbsdən əvvəl danışdım, dedi ki… - Qlumov
- İnanıram ki, Zəngəzur dəhlizi... - Prezident
- Prezident forum iştirakçılarına müraciət ünvanladı
- Bakıda bununla bağlı forum keçirilir – İlk dəfə
- Zəngəzurda erməni hərbçiləri azərbaycanlılar yoxlayır
- Şuşada mühüm tədbir başladı