Milli Məclisin sabiq sədri Rəsul Quliyev 1990-cı illərin əvvəllərində Etibar Məmmədovun rəhbərlik etdiyi partiyaya “Mercedes” markalı avtomobil hədiyyə etdiyini qeyd edib.
“Etibar Məmmədovla dost idim. Daxili İşlər Nazirliyi üçün də 10 “Mercedes” almışdım”, - deyə R.Quliyev əlavə edib.
AMİP siyasi şurasının üzvü Əli Orucov Cebhe.info-ya açıqlamasında deyib ki, o zaman Etibar Məmmədova bir maşın verilmişdi: “Amma o maşının kim tərəfindən verildiyini dəqiq bilmirəm. Ola bilsin ki, Rəsul Quliyev verib. Etibar Məmmədova verilən maşının dövlət qeydiyyat nişanı isə “13-13 АГТ” idi”.
Əli Orucov Rəsul Quliyevin hədiyyəsini isə Etibar Məmmədov təşəkkür etmək üçün verdiyini deyib:
“Etibar Məmmədov Rəsul Quliyevi də o vaxt müəyyən məsələlərlə bağlı Azərbaycanın sabiq daxili işlər naziri, mərhum İsgəndər Həmidovdan müdafiə etdi. Yəqin o maşını da təşəkkür niyyətində Etibar Məmmədova hədiyyə edib”.
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu
- Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət etdi
- Sabah çimərliklərdə hava necə olacaq?
- İlham Əliyev Donald Trampa təşəkkür etdi
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi