"Qarabağ" hücum xəttini yeni futbolçu ilə gücləndirə bilər.
BUTA.TV xəbər verir ki, Ağdam təmsilçisi "Trabzonspor"un futbolçusu Fode Koyta ilə danışıqlar aparır. Otuz iki yaşlı hücumçu "Qarabağ"la razılıq əldə etməyə yaxındır.
"Trabzonspor" Fode Koytanı mövsümün əvvəlində "Kasımpaşa"ya icarəyə verib. Təcrübəli oyunçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 6 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Trabzonspor"la müqaviləsi 2024-cü ilin yayında başa çatır.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio