Almatı bəyannaməsi açıq sənəddir, orada deyilir ki, Sovet İttifaqının ərazisində yaranan yeni dövlətlərin dövlət sərhədləri SSRİ daxilində mövcud olan inzibati sərhədlərlə müəyyən ediləcək.
BUTA.TV xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Hətta bilmirəm ora nə əlavə etmək olar”, - o bildirib.
Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri sənəd (Praqa bəyanatı - red.) imzalayıblar, bu sənəddə digər məsələlərlə yanaşı, Almatı bəyannaməsinə istinad da var.
Azərbaycanın Ermənistana qarşı Haaqa Məhkəməsində qaldırdığı iddiaya münasibət bildirən Rusiya XİN rəhbəri deyib ki, bu, Bakı və İrəvan arasında ikitərəfli məsələdir.
- "City Garden Narimanov": 36 ayadək faizsiz, daxili kreditlə mənzil...
- Zakir Fərəcovun sakinlərlə görüşləri davam edir
- “İdrak”da insident: MŞ-dən jurnalistlərə çağırış...
- "İdrak" liseyinin binası Ruslan Eyyubovun imiş
- Bu məşhurların övladları “İdrak”da təhsil alır
- Şənbə günü hava necə olacaq?
- Azərbaycanda Nyukasl xəstəliyinə yoluxma var?
- "İdrak" liseyində güllələnən müəllimin - Fotosu