İran Hacı Şahinin dünyasını dəyişməsindən istifadə edərək bütün gücünü ortaya qoyub - Deputat

10:29 - 7 Mart 2023 - CƏMİYYƏT

 İran Hacı Şahinin dünyasını dəyişməsindən istifadə edərək bütün gücünü ortaya qoyub - Deputat

“Proseslərin təhlili göstərir ki, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda İran geriyə addım atmaq niyyətində deyil. Bu gün əsas hədəf və niyyət müxtəlif yollarla Azərbaycana təzyiqləri artırmaq, Azərbaycanın mövqeyinin dəyişməsinə nail olmaqdır. Bu məqsədlə İran bir neçə istiqamətdə ciddi iş aparır”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu gün İran Azərbaycanda dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir imkanlarının daha da gücləndirmək üçün bütün potensialını ortaya qoyub: “Əvvəl də qeyd etmişdim Hacı Şahinin bir sıra məsələlərdə Azərbaycanın hökumətinin mövqeyini dəstəkləməsi, səfirliyə təşkil olunan hücumu pisləməsi İran rəsmi dairələrində çox ciddi qıcıq doğururdu. İranın yanaşması belə idi ki, Hacı Şahinin bu mövqeyi Azərbaycan şiələrinin dövlətə qarşı vahid mövqedən çıxış etməsinə mane olur. Ona görə tez-tez Hacı Şahin bir sıra dini qrupların hədəfinə çevrilərək xəyanətdə və hakimiyyətə işləməkdə günahlanıdırlırdı. Bu təbliğat, ona qarşı psixoloji təzyiqlər son illər davamlı xarakter almışdı. Bu gün İran yenidən Hacı Şahinin dünyasını dəyişməsindən istifadə edərək Azərbaycan şiələrinin hakimiyyət əleyhinə vahid mövqe nümayiş etdirməsinə nail olmaq üçün bütün gücünü və potensialını ortaya qoyub. Yeni tezis isə belədir. Bütün ixtilaflar kənara qoyulmalı Azərbaycan dövlətinə qarşı müqavimət gücləndirilməlidir. Burada həm də yeni taktikadan istifadə olunur. Əvvəlki dövrlərdə Hacı Şahini sərt tənqid edən qruplar indi yeni yanaşma nümayiş etdirirlər. Onun elektrotatını ətraflarına toplamaq üçün ona rəhmət oxuyur, dünyasını dəyişməsinə sevinmədiklərini, bütün şiələrin vahid mövqe nümayiş etdirməsinin vacib olduğunu israrla qeyd edirlər. Biz nə etməliyik? Dini fəaliyyət sahəsində islahatları daha da sürətləndirməliyik. Ən qısa müddətdə Məşədi Dadaş məscidinə mötədil mövqeyə malik nüfuzlu şiə din xadimi təyin etməliyik. Eyni zamanda, bu prosesi Bakıda və bölgələrdə fəaliyyət göstərən digər şiə məscidlərində də sürətləndirməliyik. Əks halda sonrakı günlərdə prosesləri idarə etmək çox çətin olacaq. Hazırkı məqamda hadisələri qabaqcadan proqnozlaşdırmaq və qarşısını almaq çox önəmlidir”.

C.Məmmədov qeyd edib ki, buna paralel olaraq İran Azərbaycanla bağlı hədəflərinə nail olmaq üçün bir neçə istiqamətdə də ciddi iş aparır: “Yeni planlardan biri də daxildə sabitliyi pozmaq və Azərbaycanın güclənməsinin qarşısını almaq üçün müxtəlif yerlərdə ardıcıl terror hadisələri törətməkdir. İran uzun illər ərzində ölkə ərazisində çoxlu minalar basdırıb. Bu prosesə hüquq mühafizə orqanlarımız çox ciddi hazır olmalıdır. Peşəkar səviyyədə bütün potensial təhlükə mənbələri ən qısa müddətdə müəyyənləşdirilərək zərərləşdirilməlidir”.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıdakı "lüt qadın heykəli" söküldü

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol