Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi olan “Sobran” MMC (VÖEN – 4003169431) Mərkəzi Banka süd satacaq.
Mərkəzi Bank əməkdaşları üçün alacağı 5 652 litr südə görə “Sobran” MMC-yə 9 min 505 manat 47 qəpik ödəyəcək. Alınacaq südün 5 268 litrinin yağlılıq dərəcəsi 2,4%, 384 litrinin yağlılıq dərəcəsi isə 1,5% olacaq. Rəqəmlərdən də göründyü kimi, Mərkəzi Bank bir litr südə görə 1,68 manat ödəyəcək. Mərkəzi Bank südün alışını 1 il ərzində həyata keçirəcək. Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Sobran” MMC 04.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı Bərdə rayonu, Mollalı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qafarlı Xətai Sərvər oğludur.
Qalib şirkətlə bağlı diqqət çəkən məqam odur ki, “Sobran” MMC ötən ilin dekabr ayında 3 müxtəlif dövlət qurumunun keçirdiyi 3 fərqli istiqamətdəki tender müsabiqəsinin qalibi olub.
06.12.2022-ci il tarixli məlumata görə Qazax rayon Mərkəzi Xəstəxanasına 6 991,5 manata geyim və yorğan satacaq. 07.12.2022-ci il tarixli məlumata görə Sahibkarlığın İnkişafı Fonduna 17 233,9 manata jalüz pərdə satacaq.
19.12.2022-ci il tarixli məlumata görə Goranboy rayon Mərkəzi Xəstəxanasına 15 474,52 manata nəqliyyat vasitələrinin cari təmiri xidmətini göstərəcək və sürtkü materialları satacaq. Qısa müddətdə 4 dövlət qurumunun keçirdiyi 4 fərqli istiqamətdəki tender müsabiqəsinin qalibi olan “Sobran” MMC barəsində açıq internet resurslarda məlumat yoxdur. MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları mövcuddur./
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi