Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro vaqonlar Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında nümayiş etdirilir.
Bu barədə BUTA.TV-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Vaqonlar mart ayının 22-si axşam saatlarına qədər nümayiş olunacaq.
Qeyd edək ki, bu sərginin unikallığı nümayiş etdirilən qatar tərkibinə daxil olan vaqonlardan birinin keçmiş SSRİ-nin “A” tipli ilk metro vaqonu olmasıdır.
1934-cü ilin sonunda istehsal olunmuş vaqon həmin dövrə xas görkəmi ilə seçilir. 1935-ci ildə Moskva metropoliteni açılarkən, Sovet dövlətinin rəhbərlərinin iştirakı ilə hərəkətə gələn ilk sərnişin qatarının tərkib hissəsi olması da vaqonun daha bir özəlliyidir. 1950-ci illərin istehsalı “Q” tipli metro vaqonu da Bakıda sərnişin daşımayıb. Bu iki vaqon 1960-cı illərin sonunda yolların diaqnostikasını aparmaq üçün Bakı metropoliteninə ayrılıb. 2015-ci ildə unikal layihə əsasında diaqnostika kompleksi istifadəyə verildikdən sonra bu vaqonlar xüsusi günlərdə nümayiş olunan muzey eksponatına çevrilib.
Stansiyada nümayiş olunan “E” tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bakıda metro açılanda “E” tipli 47 ədəd vaqon çatdırılıb. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb.
"Bakı Metropoliteni"ndən həmçinin bildirilib ki, gün ərzində metronun 4 stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası”) Azərbaycan və dünya musiqisindən nümunələr əsasında hər biri 45 dəqiqə olmaqla konsert proqramları təşkil edilib.
Günün əsas proqramı Bahar qızının müşayiəti ilə Keçəl və Kosanın səhnəcikləri olub. Onlar, eləcə də sirk ustaları və sehrbaz azyaşlı sərnişinlərlə əyləncəli vaxt keçiriblər. Uşaqlara müxtəlif fiqurlu şarlar hədiyyə edilib, nəhəng oyuncaqlar onların ovqatını daha da yüksəldib.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək