Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
BUTA.TV xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarının benzin daşıyan iki avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların üç təminat və iki minik avtomobili Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
- ABŞ olmasaydı, bu ölkə işğal edilərdi - Vens
- ABŞ hərbi təyyarəsi Moskvada eniş etdi
- Amur Qaz Kimya Kompleksində güclü yanğın: 104 yaralı - Video
- Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto
- Qazaxıstanda seçkilərin yekun nəticələri açıqlandı
- Rus ordusu Annovkanı işğal etdi
- Məleykə Abbaszadədən təsirli paylaşım
- Qazaxıstanın nəhəng neft emalı zavodu yanır - Video