Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
BUTA.TV xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarının benzin daşıyan iki avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların üç təminat və iki minik avtomobili Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
- Aeroport yolunda hərəkətə yenidən məhdudiyyət qoyuldu
- Mehdiyevin Rusiyaya zəngi: DTX yeni gizlinləri açıqladı
- Kəmaləddin Heydərovun 3 müavini eyni vaxtda niyə işdən çıxarıldı? - DETALLAR
- Kəmaləddin Heydərovun 3 müavini qəfil işdən çıxarıldı - SON DƏQİQƏ
- Kamran Eyyubova söz keçirə bilən yoxdur? - Qurban Qurbanov da dilə gəldi
- Prezidentdən erməni nümayəndəyə kəskin cavab - VİDEO
- Mühüm dəyişiklik: Maydan ödənişlər tam veriləcək - Video
- Məşhur "Pitomnik bağı" ləğv edilir? - Rəsmi