ABŞ üçün hərbi əməliyyatların hazırkı mərhələsində Ukrayna ərazisində atəşkəs Vaşinqton siyasətinə görə qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Dmitri Novikov deyib.
"ABŞ-ın ən aqressiv siyasətini həyata keçirməyə hazır olduğunu göstərən birbaşa sübutlarımız var. Və bu, yalnız soyuq müharibənin mexanizmləri, hibrid müharibə üsulları, informasiya müharibəsi, iqtisadi müharibə, sanksiyalar deyil, həm də silahların köməyi ilə aparılır", - o bildirib.
Qeyd edək ki, Ağ Ev nümayəndəsi Con Kirbi Ukraynada hazırda atəşkəsin əldə edilməsinin əleyhinə olduğunu, bunun yalnız Rusiyanın mövqeyinin güclənməsinə səbəb olacağını bildirib.
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur