Vəkil Elvin Əliyev hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlı ilə bağlı paylaşım edib.
BUTA.TV xəbər verir ki, vəkil paylaşımında bunları yazıb:
"Vəkili olduğum şəxslərin içərisində Rəşad bir başqadır. Sakit, tərbiyəli, əxlaqlı bir oğlandır. Milli-mənəvi dəyərlərə qiymət verən dövlətini və Azərbaycan xalqını sevən biridir. Şəhid ailələrinə, qazilərə daim diqqət və qayğı göstərir. Hazırda istintaq təcridxanasında olmasına baxmayaraq yenə də şəhid ailələləri və qazilərlə maraqlanır, diqqətini göstərir. Dövlətinə düşmənçilik mövqeyi nümayiş etdirənlərin gözünün içinə baxan, dövlətin müdafiəsi üçün sözünü əsirgəməyən və vətən sevgisini hər fürsətdə dilə gətirən oğullardandır Rəşad. Molla rejimini tənqid edən ilk meyxana ustadı həmin dövrdə də təsir və təzyiqlərlə qarşılaşmasına baxmayaraq qətiyətli mövqe nümayiş etdirmişdi. Çox söz yazmaq olar Rəşad barəsində. Ancaq qısa onu deyirəm ki, Rəşadı tanımağa dəyər".
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Azərbaycanda gömrük rüsumlarının dərəcələri dəyişdi
- Azərbaycan və İran müdafiə nazirləri görüşdü - Video
- Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?
- Uşaqlara sosial şəbəkəni necə qadağan etmək olar?
- Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olundu
- "City Garden Narimanov": 36 ayadək faizsiz, daxili kreditlə mənzil...
- Zakir Fərəcovun sakinlərlə görüşləri davam edir