ABŞ İraqı işğal etməklə “Böyük Kürdüstan” layihəsi yaratmağı qarşısına məqsəd qoymuşdu, məqsəd təkcə Bağdad deyil, həm də Türkiyə, Rusiya və Çin idi.
BUTA.TV xəbər verir ki, bunu türkiyəli tarixçi Mehmet Perinçək deyib.
"ABŞ-ın İraqa müdaxiləsi və işğalı ölkənin beynəlxalq hüquqa münasibətinin bariz nümunəsidir. İşğal bütünlüklə yalan və qara təbliğat əsasında həyata keçirilib. Qərb mediası işğalı əlverişli şəkildə təqdim etməyə çox çalışıb. ABŞ-ın işğalından 20 gün əvvəl İraqda idim, Səddam Hüseyn rejimi tərəfindən dəvət olunmuşdum, orada bir sıra çıxışlar etdim. Qərb mediasının İraqla bağlı təbliğatının nə qədər vicdansız olduğunu öz gözlərimlə gördüm. ABŞ-ın İraqa müdaxiləsi birqütblü dünya layihəsini həyata keçirmək cəhdi idi. Hədəf təkcə İraq və Səddam Hüseyn hökuməti deyildi. Bu, “Böyük Kürdüstan” layihəsinin tərkib hissəsi olan “Böyük Orta Şərq” layihəsi çərçivəsində 24 ölkənin sərhədlərinin dəyişdirilməsi cəhdi idi. Bu layihə Türkiyə, Rusiya, Çinə yönəlib”, - o bildirib.
Tarixçi hesab edir ki, ABŞ-ın layihəsi həm də bütün Avrasiyanın parçalanması demək idi:
"Liviyada başlayan və Suriyaya yayılan "Ərəb baharı" Rusiya üçün bir növ təhdid siqnalı idi. Layihənin məqsədi Mərkəzi Asiyada ehtiyatlar əldə etməkdir. ABŞ-ın İraqı işğalından sonra Türkiyədə terror aktlarının sayı kəskin şəkildə artıb. Türkiyənin parçalanması həm o zaman, həm də indi Birləşmiş Ştatların hədəfi idi".
Onun sözlərinə görə, ABŞ-ın İraqa müdaxiləsi ilə PKK yenidən oyandı:
"Bu, İŞİD-in yaradılmasına zəmin yaratdı. Məqsəd nəzarət olunan xaos yaratmaq idi. Onu da vurğulamaq lazımdır ki, ABŞ ilk dəfə olaraq sanksiyalar alətindən istifadə etməyə başladı və beləliklə, İraqın işğalına zəmin yaratdı. Türkiyə bunlardan yaxşı dərs çıxartdı, ona görə də indi Rusiyaya qarşı heç bir sanksiyalarla bağlı deyil”.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək