ABŞ Prezidenti Co Bayden ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bayden telefon danışığı zamanı İsrail, Fələstin, Misir, İordaniya və ABŞ rəsmilərinin Fələstin və İsrail arasında münaqişələri azaltmaq üçün Misirdə keçirilən görüşü alqışladığını bildirib.
Həmçinin, ABŞ prezidenti təhlükəsizlik koordinasiyasını artırmaq, bütün terror aktlarını pisləmək və iki dövlət həllinin davamlılığını təmin etmək üçün tərəflərin təcili şəkildə əməkdaşlıq etməli olduğunu vurğulayıb.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Bayden eyni zamanda İsrailin təhlükəsizliyinə və İrandan gələn bütün təhdidlərə qarşı milli təhlükəsizlik qrupları arasında əməkdaşlığa sadiqliyini təkrarlayıb. İki lider də yaxın həftələrdə müntəzəm təmasda olmaq barədə razılığa gəliblər.
- Köçəryan və oğlu belə saxlanıldılar - Video
- Anasının gözləri qarşısında maşın vurub öldürdü - Video
- Zelenski Ərdoğana təşəkkür etdi
- Köçəryan xəstəxanaya aparıldı
- Elçibəyin qardaşı qızının evi əlindən alınıb?
- Köpəklərinə acıqlan, hürməsin yol adamına!
- 1644-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada öldü