Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
BUTA.TV xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
İclasın əsas gündəmi 11 vilayətdə baş verən zəlzələ və ardınca gələn sel fəlakətidir. Təbii fəlakətlərin vurduğu ziyanların aradan qaldırılması və bölgənin yenidən qurulması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Bundan başqa, Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədikdən sonra İsveçlə prosesin necə aparılacağı və 11 ildən sonra Misirə ilk yüksək səviyyəli səfərin nəticələri gündəmdə olacaq.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Həmçinin, terrorla mübarizə də iclasın gündəliyində yer alacaq. PKK/YPG, FETÖ və İŞİD-ə qarşı ölkə daxilində və xaricdə həyata keçirilən əməliyyatlar barədə məlumat veriləcək. Məsələ ilə bağlı yay aylarına qədər atılacaq addımlar da müzakirə olunacaq.
May ayında keçiriləcək parlament və prezident seçkiləri barədə də bir məsələlər də iclasın gündəliyində olacaq.
- İranda iki məhbus edam edildi
- Köçəryan və oğlu belə saxlanıldılar - Video
- Anasının gözləri qarşısında maşın vurub öldürdü - Video
- Zelenski Ərdoğana təşəkkür etdi
- Köçəryan xəstəxanaya aparıldı
- Elçibəyin qardaşı qızının evi əlindən alınıb?
- Köpəklərinə acıqlan, hürməsin yol adamına!
- 1644-cü gün: Rusiyanın itkiləri yeniləndi