Bakıda və Abşeron yarımadasında 19°-dək isti olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, martın 20-nə olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağış yağıb.
Yağan yağıntının miqdarı Naxçıvanda 15.0 mm, Sədərəkdə 14.0 mm, Şərurda 13.0 mm, Ordubadda 7.0 mm, Şahbuzda 6.0 mm, Culfa, Gədəbəydə 2.0 mm, Beyləqan, Mingəçevir, Tovuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Zaqatala, Şəki, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Astara, Hacıkənddə 1.0 mm-dək olub.
Duman Şərur, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Zərdab, Yevlax, Kürdəmir, Neftçala, Lerikdə, eləcə də Bakıda və Abşeron yarımadasında müşahidə olunub, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Naxçıvanda 16°-dək isti, dağlıq rayonlarda 10°-dək isti, aran rayonlarında 20°-dək isti olub.
Martın 21-dən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Martın 23-24-də isə havanın sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz xoş, mülayim yaz havası gözlənilir.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək