Martın 23-dən Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır.
BUTA.TV xəbər verir ki, bu barədə parkın direktoru Etibar İbrahimov özünün Feysbuk səhifəsində yazıb.
"Bu tarixdən etibarən Koroğlu metrosu-Abşeron Milli Parkı və Abşeron Milli Parkı-Koroğlu metrosu istiqamətində yeni müntəzəm marşrut xətti fəaliyyətə başlayır. Avtobus marşrutu martın 23-dən martın 26-dək, Novruz tətili günlərində fəaliyyət göstərəcək, sonrakı dövrdə daşınma xidməti, yalnız həftənin şənbə və bazar günlərini əhatə edəcək", - E. İbrahimov bildirir.
Bu xətt üzrə daşımalar Zirə Bələdiyyəsi Nəqliyyat Xidməti MMC tərəfindən həyata keçiriləcək.
Bir istiqamətdə xəttə buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da Koroğlu metrosundan yola düşəcək, saat 16:30-da Abşeron Milli Parkından geri qayıdacaq.
Qeyd edək ki, Abşeron Milli Parkının ərazisi 783 hektardır. Ziyarətçilərin üzünə park 2005-ci ildən sonra müəyyən edilmiş marşrutlar çərçivəsində açılıb.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək