O taylı-bu taylı, fərq etmir, bütün aşıq havalarını səsləndiririk. Çalışıram, hər iki tərəfdə yaddaşlarda qalan qədim havaları ifa edim. Cənubun bir sıra xalq mahnıları var ki, onlar da aşıq musiqisindən bəhrələnib.
Bu sözləri Kult.az-a tanınmış güneyli aşıq, “Dalğa” qrupunun rəhbəri Çingiz Mehdipur deyib.
Bir müddət öncə Rəşid Behbudovun ifası ilə xatırlanan “Nazəndə sevgilim”i qızı ilə oxuyaraq sosial şəbəkələrdə izləyicilərin marağını cəlb edən aşıq bəstəkar mahnılarına nadir hallarda müraciət etdiyini bildirib:
“Nazəndə sevgilim”i ailəvi bir yerdə oturanda oxuyurduq, qayınanam çox gözəl ifa edir. Qızım da həvəsləndi ki, mahnını bu cür oxuyaq. Mahnı gözəl mahnıdır. Musiqisi və sözləri çox uyğun gəlir. Aşıq sənəti bizim bütün musiqi janrlarımızın köküdür. Aşıq musiqisinin təsirini digər musiqi janrlarımızdan götürsək, onlar Azərbaycan musiqisi ola bilməz. Bu sənətin digər musiqi janrlarına təsiri haqda böyük ustadlarımız danışıblar. Üzeyir Hacıbəyov “Koroğlu” operasını yazmaq üçün Aşıq Mirzə Bayramovun yanında 3 aya yaxın vaxt keçirib, ondan aşıq havalarını mənimsəyib”. “Aşıq Qərib”, “Şahsənəm” də aşıq sənətinin təsiri ilə yazılıb. “Arazbarı” da aşıq havasıdır, ancaq Üzeyir bəy onu simfonik əsər kimi çox gözəl işləyib. Bu gün də onun əsərlərini dinləyəndə insanda fərqli bir duyğular yaranır. Bu da aşıq sənətindən keçmə olduğu üçündür”.
O, qədim sənətə olan laqeydlikdən də gileylənib:
“Bizim musiqimiz çox gözəldir, gərək, düzgün təbliğ oluna. Bu gün aşıq sənəti toylarda ayaq altına salınıb, belə olmaz. Düzgün təbliğatla, düzgün yanaşma ilə bizim bəstəkarlarımız bu sənətdən daha çox bəhrələnə, çox böyük əsərlər yarada bilərlər. Elə havalarımız var ki, məsələn, “Osmanlı Divanı”, onun üzərində bəstəkar işləsə, yarım saatlıq simfonik əsər yarana bilər. Bunları bilmirlər. Elə bəstəkarımız da yoxdur ki, bu havaları götürə, öyrənə. Aşıq sənətində olan musiqi rəngarəngliyi heç bir musiqimizdə yoxdur”.
“Dalğa” qrupunun rəhbəri yaxın zamanlarda Azərbaycana qastrol səfərinin olacağını da bildirib:
“Bakıda konsert vermək fikrindəyik. Elə düşünürəm ki, bu, mayın sonlarına kimi baş tutacaq. Əgər alınmasa, sentyabrın axırına mütləq reallaşdırmaq fikirmiz var. “Dalğa” qrupu çox səviyyəli konsert proqramı ilə çıxış etməyi planlaşdırır”.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video