Son PUA insidentindən sonra ABŞ pilotsuz təyyarələri Qara dəniz üzərində uçuşlarını davam etdirsə də, Krımdan uzaqlaşaraq marşrutlarını dəyişib.
BUTA.TV xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadla məlumat yayıb.
Kanalın məlumatına görə, ABŞ PUA-larının beynəlxalq hava məkanında uçuşları davam edir, lakin indi onlar Krım yarımadası və Qara dənizin şərq hissələrindəki hava məkanından uzaqlaşıblar.
Mənbə bildirib ki, buna səbəb Rusiya ilə baş verə biləcək hər hansı təxribatdan qaçmaqdır. Çünki Bayden administrasiyası ABŞ və Rusiya qüvvələri arasında birbaşa konfliktin yaranmasını istəmir.
Prezidentlər xanımları ilə Buxaranı gəzdilər - Fotolar+Video - Yenilənib
- Köpəklərinə acıqlan, hürməsin yol adamına!
- 1644-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada öldü
- “Hadrut fatehi”nin xanımı da tələbə oldu
- Ukrayna Krasnodarı vurdu: ölü və yaralılar var - Video
- Zədələnmiş pulu harada dəyişmək olar?
- ABŞ onların başına 10 milyon dollar mükafat qoydu - Siyahı
- Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video