Türkiyədə prezident seçkilərində iştirak etməyə qanuni əsasları olan şəxslərin siyahısı yayımlanıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, sağ bloka daxil olan Zəfər Partiyası, Ədalət Partiyası, Doğru Partiya, Türkiyə İttifaqı Partiyası və Ölkəm Partiyasının daxil olduğu siyasi koalisiya - ATA İttifaqı seçkilərdə Sinan Oğanın Türkiyə prezidentliyinə namizədliyini irəli sürüb.
Əslən azərbaycanlı olan Sinan Oğan 1967-ci ildə İğdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.
Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdır bölgəsindən Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb.
O, Azərbaycan dövləti və xalqının maraqlarını daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaradıb.
S.Oğan 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülüb.
Qeyd edək ki, siyahıda Davud Turan, Doğu Perinçek, Ərkan Trükten, Xəlil Murad Ünver, Hilmi Özden, İrfan Uzun, Məhəmməd Əli Fatih Ərbakan, Məhərrəm İncə, Sinan Oğan, Tevfik Əhməd Özal və Yaqub Türkalın adları var. Martın 27-dək namizədlərin hər biri yekun təsdiqlənmə üçün 100 min seçici imzası olan protokolları Ali Seçki Şurasına təqdim etməlidir.
Xatırladaq ki, martın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd kimi qeydə alınmaq üçün Ali Seçki Şurasına rəsmi müraciət edib.
Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video