Ermənistan və İran arasında siyasi məsləhətləşmələr keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Görüşdə XİN rəhbərinin müavini Vahan Kostanyan və onun iranlı həmkarı Əli Bagiri Kani iştirak ediblər. Həmsöhbətlər ticarət-iqtisadi məsələlərə, regional təhlükəsizlik, çoxtərəfli formatda qarşılıqlı fəaliyyətə toxunublar. Kostanyan həmsöhbətinə Azərbaycanın Ermənistana və Qarabağa "təcavüzündən" sonrakı vəziyyəti, eləcə də Laçın yolunun "blokadaya alınması" ilə bağlı yaranmış "humanitar böhranın" təfərrüatını təqdim edib", - məlumatda deyilir.
Nazir müavini vurğulayıb ki, Azərbaycanın "qanunsuz hərəkətləri", "militarist ritorikası" və "maksimalist mövqeyi" Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq səylərini məhv edir:
Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
"Tərəflər mənəvi və mədəni əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Bununla bağlı Kostanyan Azərbaycanın dini faktorla bağlı "əsassız spekulyasiya cəhdlərini" təqdim edib".
Qeyd olunur ki, Bagiri Ermənistan XİN rəhbəri Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüb.
- 1644-cü gün: Rusiyanın itkiləri yeniləndi
- “Hadrut fatehi”nin xanımı da tələbə oldu
- Ukrayna Krasnodarı vurdu: ölü və yaralılar var - Video
- Zədələnmiş pulu harada dəyişmək olar?
- ABŞ onların başına 10 milyon dollar mükafat qoydu - Siyahı
- Arvadının gözünü kor edibmiş... - İndi də atasının qətlinə görə tutuldu - Video
- Şəhid anası da tələbə adını qazandı - Foto
- Robert Köçəryan saxlanıldı