Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstəyini gördük.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-yə verdiyi müsahibəsində bildirib.
TDT-yə üzv ölkələrin Türkiyəyə bütün güclərini səfərbər edərək köməklik göstərdiyini deyən Türkiyənin dövlət başçısı söyləyib:
“Biz TDT ilə artıq bir bədənin üzvləri kimiyik. TDT-nin Fövqəladə Zirvəsini də Ankarada keçirdik və Mülki Müdafiə Mexanizminin yaradılmasına dair qərar aldıq. Başda Azərbaycan olmaqla, Qırğızıstan, Qazaxıstan, Türkmənistan buraya gələrək aparılan işləri izlədilər”.
- Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT
- Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək
- Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?
- Qəzaya uğrayan təyyarə Azərbaycan əsgərləri üçün qayıdacaqmış
- “Akıncı” PUA-sı hadisə yerinə göndərildi
- Təyyarənin quyruğu niyə qopub? - Video
- Azərbaycan Pakistana başsağlığı verdi
- Fidan qəzadan danışdı: Yaxından izləyirik!