Çin, Hindistan və İran İrəvan üçün “təhlükəsizlik yastığına" çevrilə bilər.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.
"Ən azı iki "üçbucaq" mümkündür: Ermənistan-İran-Hindistan və Ermənistan-İran-Çin. Bu, kifayət qədər uğurlu ola bilər. Ən əsası isə bu əməkdaşlıq Rusiyanın müqaviməti ilə üzləşməyəcək, çünki bu əməkdaşlıq Rusiya maraqlarına ziddiyyət təşkil etməyəcək.
Bu, İrəvanın KTMT tərəfdaşları ilə münasibətlərinin soyuması fonunda xüsusilə aktualdır - xüsusən ölkənin KTMT daxilində mövcud təhlükəsizlik sisteminə alternativi olmadığı üçün. Ölkədəki bəzi qərbyönlü qüvvələrin Ermənistan və regionun digər dövlətləri üçün ümid bəslədiyi NATO-ya gedən yol əslində Türkiyədən keçir. Gələcəyə ümidini bu hərbi alyansa bağlayan hər kəs bunu nəzərə almalıdır. Bu mənada Türkiyənin aydın strategiyası var və o, milli dövlət maraqlarını, məsələn, hansısa “sülh epoxası” adı altında qurban verməyə hazır olan ölkələrdən deyil. Türkiyə üçün “sülh epoxası” yox, milli məqsədlərin həyata keçirildiyi dövrdür”, - Poqosyan bildirib.
O iddia edib ki, Ərdoğan bölgəni türk rənglərinə boyamaq və Osmanlı İmperiyasını bərpa etmək üçün iddialı planlar qurur:
"Bunun birinci şərti türk dünyası ilə birləşmək olmalıdır. Türkiyə Ermənistanı türk dünyasını parçalayan “paz” kimi görür. Böyük Turan ideyası Qərb üçün də faydalıdır. Üstəlik, bu ideya Çinin yüksəlişini cilovlamaq üçün illər ərzində Qərb ölkələri tərəfindən gücləndirilib.
İndi Rusiya-Çin-İran üçtərəfli əməkdaşlığının formalaşması aktiv fazaya qədəm qoyub, Türkiyənin Qərb üçün dəyərinin daha da artacağını görəcəyik".
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video