Martın 22-də Abşeron rayonu ərazisində qəza nəticəsində həyat yoldaşını itirən, özü isə yüngül xəsarət alan əməkdar artist Dilarə Əliyeva müalicə aldığı xəstəxanadan evə buraxılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a D.Əliyevanın qardaşı Vüsal Murtuzəliyev məlumat verib.
O bildirib ki, D.Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vida və dəfn mərasimində iştirak edə biləcək.
Xatırladaq ki, mərhum bu gün torpağa tapşırılacaq.
Qeyd edək ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev vəfat edib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
- Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı - Foto
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar
- Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş
- Fayton gələr, toz eylər... - Fotolar
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Şagirdlərin telefonlardan istifadəsi qadağan edildi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq