Ermənistan tərəfinin delimitasiya və demarkasiya komissiyasının işi dalana dirənməyib, müzakirələr və daxili iş gedir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın ədliyyə naziri, komissiyanın üzvü Qriqor Minasyan hökumətin iclasında deyib.
“Ermənistanda komissiya kifayət qədər böyük həcmdə işlər aparır”, - Minasyan qeyd edib.
O, təfərrüat barədə danışmayıb.
Xatırladaq ki, 2022-ci il mayın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında qərar imzalayıb, onun sədri baş nazirin müavini Mger Qriqoryandır.
- Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı - Foto
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar
- Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş
- Fayton gələr, toz eylər... - Fotolar
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Şagirdlərin telefonlardan istifadəsi qadağan edildi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq