Ermənistanın sülh təklifində nələr var? - Detallar

10:02 - 24 Mart 2023 - GÜNDƏM

 Ermənistanın sülh təklifində nələr var? - Detallar

Ermənistan XİN başçısı Ararat Mirzoyan sülh sazişi ilə bağlı Bakıya ünvanladıqları təkliflərin bəzi detallarını açıqlayıb.

BUTA.TV xəbər verir ki, Misirin “Qahirə Nyus” (AlQahera News) nəşrinə müsahibəsində Mirzoyan 2022-ci ilin dekabrından bir neçə təklif mübadiləsi aparıldığını bildirib.

Onun sözlərinə görə, Ermənistanın təkliflərindən biri delimitasiyanın kriteriyalarının dəqiqləşdirilməsidir:

“Dəqiq delimitasiya meyarları olmadan tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında danışarkən nəyi nəzərdə tutduğunu anlamaq mümkün deyil. Bu anlayış olmadan sülhə nail olmaq cəhdləri yeni toqquşmaya gətirib çıxaracaq”.

Mirzoyan növbəti təklifin silahlı birliklərin sərhədyanı ərazilərdən geri çəkilməsi, etimad və təhlükəsizlik mexanizmi kimi silahsızlaşdırılmış zonanın yaradılmasına aid olduğunu bildirib:

“Bu problemin həlli mümkün eskalasiyanın qarşısını alacaq. Əlbəttə, vacib komponentlərdən biri Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələlərinə cavab verən beynəlxalq mexanizmin olmasıdır. Təəssüflər olsun ki, səylərimizə cavab olaraq danışıqlarda Azərbaycanın nəinki maksimalist mövqeyinin, hətta aqressiv hərəkətlərinin də şahidi oluruq”.

O, danışıqların üç istiqamətini vurğulayıb: bütün regional kommunikasiyaların açılması, delimitasiya və sərhəd təhlükəsizliyi, Ermənistan və Azərbaycan arasında sülh münasibətlərinin qurulması haqqında saziş.

Mirzoyan iddia edib ki, Azərbaycan marşrutların keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərməli olduğunu bəyan etməyə başlayanda (bu, Zəngəzur dəhlizindən imtina etmək deməkdir, başqa sözlə, 10 noyabr 2020-ci il sazişinin 9-cu bəndinə ziddir – red.) Ermənistan kommunikasiyaları blokdan çıxarmağa hazır olacaq.

O ki qaldı delimitasiyaya, Mirzoyan deyib ki, mövcud komissiyanın formalaşmasından bir neçə ay sonra Azərbaycan guya Ermənistana qarşı ərazi iddiası ilə çıxış edib (Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndinin qaytarılması məsələsi nəzərdə tutulur – red.):

“Bakı aqressiyasını sərhədlərin delimitasiya olunmaması ilə əsaslandırmağa çalışır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol