Azərbaycanın işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa olunur.
BUTA.TV xəbər verir ki, bu fikir Fransanın “Arte” telekanalının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı “Qarabağ, qayıtmaq vaxtıdır” reportajında yer alıb.
Telekanalın müxbirləri 44 günlük müharibənin başa çatmasından iki il sonra hazırda Qarabağda baş verənlər və işğaldan azad edilmiş ərazilərin necə bərpa olunduğu barədə süjet hazırlamaq üçün Azərbaycana səfər ediblər.
Reportajda qeyd olunur ki, Qarabağ gərginlik mənbəyi olaraq qalır və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmayıb. 2023-cü ilin əvvəlində isə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar dalana dirənib.
Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa olunur. Hətta məcburi köçkünlər də “Böyük Qayıdış” proqramı çərçivəsində orada yaşamaq üçün ilk dəfə geri qayıda bildilər.
Süjetdə qeyd olunur ki, Azərbaycan Qarabağın firavan gələcəyi naminə vaxtilə xarabalığa çevrilmiş ərazilərdə yollar, evlər, məktəblər tikir.
- Putin şəxsi biznesə də əl qoyur: Onlar dövlətə keçəcək!
- Həmin faciədən sonra küçədə pulsuz “iPhone” payladı - Video
- Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü