Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidmətindən bildirilib.
Hər iki lider Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bundan başqa, Ərdoğan Putinə taxıl sazişinin uzadılması ilə bağlı müsbət mövqeyinə görə təşəkkür edib.
Türkiyə lideri həmçinin, Rusiya ilə Ukrayna arasındakı münaqişələrin danışıqlar yolu ilə tez bir zamanda sona çatdırılmasına önəm verdiklərini bildirib.
Bununla yanaşı Ərdoğan Soçidə razılaşdırılmış iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata biləcəklərini bəyan edib.
- Həmin faciədən sonra küçədə pulsuz “iPhone” payladı - Video
- Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı