Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək xeyriyyə oyunundan sonra azarkeşlər Bakı Olimpiya Stadionundan (BOS) hissəvi şəkildə buraxılacaqlar.
BUTA.TV xəbər verir ki, BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadənin Report-a verdiyi məlumata görə, bu qərar ictimai nəqliyyata doğru gedən yollarda sıxlıq yaranmaması üçün qəbul olunub.
O bildirib ki, əvvəlcə arenanın yuxarı mərtəbələri boşaldılacaq: "Birinci mərtəbədəki tamaşaçılar isə bir az gözləməli olacaqlar. Məsələ polislər tərəfindən tənzimlənəcək. Azarkeşlərə çağırış edirik ki, hüquq-mühafizə orqanları əməkdaşlarının təlimatlarına əməl etsinlər".
Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
- Həmin faciədən sonra küçədə pulsuz “iPhone” payladı - Video
- Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı