Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu Ermənistan və Türkiyə arasında futbol matçının keçiriləcəyi İrəvan şəhərinə gedib.
BUTA.TV Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
Bildirilib ki, Türkiyə nümayəndə heyətinin olduğu təyyarə bir neçə dəqiqə əvvəl paytaxt hava limanına enib.
Qeyd edək ki, Ermənistan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsinin ilk oyununu bu gün Türkiyə yığması ilə keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
- ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi
- Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
- Bu gün Azərbaycanda Konstitusiya Günüdür
- Qəzaya düşən təyyarə heyəti ilə bağlı acı xəbər
- Paraddan sonra təyyarənin qəzaya uğraması...
- Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT
- Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək
- Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?