Bir neçə milyon ildən sonra Afrikada yeni okean yaranacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Ekonomik Tayms” məlumat yayıb.
Lids Universitetinin alimləri bunu 2005-ci ildə Efiopiya səhralarında uzunluğu 56 km-dən çox olan Şərqi Afrika yarğanının aşkarlanması ilə əsaslandırıblar.
“Bura Yer kürəsində kontinental çatın necə okean çatına çevrildiyini öyrənə biləcəyiniz yeganə yerdir”, - universitetin alimi Kristofer Mur deyib.
Onun sözlərinə görə, oxşar tipli tektonik sürüşmələr Afrika ilə Ərəbistan yarımadası arasında Qırmızı dənizin, Şərqi Afrika ilə Qərbi Asiya arasında Ədən körfəzinin formalaşması zamanı da müşahidə olunub.
Qeyd olunub ki, Afrikanı ikiyə böləcək yeni okeanın əmələ gəlməsi yalnız bir neçə milyon ildən sonra baş verəcək.
- Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu