ABŞ və İsrail qırıcılarının Suriyadakı son hücumları İrana bağlı qüvvələrin bir neçə gün bundan öncə Deyr əz-Zor əyalətindəki “Ömər” neft yatağı yaxınlığında yerləşən hərbi bazasına raket zərbəsi endirilməsinə cavab xarakteri daşıyırdı. Əlbəttə, pərdə arxasında görünməyən səbəblər də var.
Bu sözləri BUTA.TV-a Suriyada ABŞ ordu birləşmələri və İrana bağlı güclər, eyni zamanda rejim qüvvələri arasında baş verən döyüşün səbəbləri haqqında danışan terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.
Ağar Türkiyə ilə Suriya rejimi arasında münasibətlərin düzəlməsi ehtimalının bölgədə qırılmalara səbəb olduğunu bildirib:
“Şam Qurtuluş Heyəti (Heyəti-Təhriri-Şam) ilə rejim əsgərləri arasında baş verən toqquşmanın səbəbi isə son məsələdən tamam fərqlidir. Belə də deyə bilərik ki, Türkiyənin Suriya məsələsindəki mövqeyində baş verə biləcək dəyişikliklər, türk əsgərlərinin oradan çıxacağı ilə bağlı bəzi şayiələr bölgədə mövcud status-kvoda qırılmalara səbəb oldu. Hələ bu şayiədir, ortada konkret bir addım yoxdur. Çünki Türkiyə Suriyadan çəkiləcəyi təqdirdə bölgədəki aktorların mövqeyinin dəyişməyi və yaşana biləcək mübarizə, oradakı mülki əhali ilə bağlı suallar çox önəmlidir. Ən önəmli məqam isə Əsədlə anlaşmaq deyil, Suriyanın ərazi bütövlüyünü qorumaq üçün bütün aktorları ortaq məxrəcə gətirməkdir. Şam Qurtuluş Heyəti və digər sünni qruplarla Əsədin arasındakı razılaşmaların hansı formada əldə olunacağı da hələ bəlli deyil. Türkiyənin Əsədin istəklərinə müsbət cavab verməsi halında ortaya çıxacaq demoqrafik və topoqrafik vəziyyət haqqında indidən nəsə qəti bir şey demək də çətindir. Amma nə olursa olsun, Türkiyə yeni bir tələyə düşməməlidir. Baş verən toqquşmaların da müəyyən mənada bu sadaladığımız məsələlərlə əlaqəsi var”.
- Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu