İranın Naxçıvanla sərhəddə hərbi qüvvələri cəmləşdirməsi ilk növbədə təbliğat məqsədlidir. Yəni, həm ermənilərə motivasiya vermək, həm də baş verə biləcək savaşda öz ciddiyyətini göstərmək üçündür.
Bu sözləri BUTA.TV-a Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahid İran ordusunun Naxçıvanla sərhəddə yerləşməsi və təlimə hazırlaşması haqda danışarkən deyib.
O bildirib ki, İranın Naxçıvan iqtisamətində hər hansı işə əl qoyacağını düşünmür:
“Naxçıvan Türkiyənin qarantı altındadır və ümumiyyətlə, Azərbaycan ərazisi Şuşa Bəyannaməsi ilə artıq həm də Türkiyənin məsuliyyətidir. İranın Naxçıvana hər hansı hərbi müdaxiləsi müzakirə mövzusu ola bilməz, əks halda Tehran üçün çox ağır nəticələri olar”.
Ekspert qeyd edib ki, İranın Azərbaycanla mümkün münaqişə halında Ermənistana hərbi yardımı birbaşa olmayacaq:
“İran mümkün münaqişə halında Ermənistana iki şəkildə yardım göstərə bilər: Birincisi, “Hüseyniyyun” kimi müxtəlif terror təşkilatlarını bölgəyə göndərə bilər; İkincisi isə Ermənistana silah-sursat və PUA-lar verə bilər”.
Babək Şahid həmçinin deyib ki, rəsmi olaraq İran hərbi qüvvələrinin Zəngəzura dəvət olunması da mümkündür:
“Bu zaman İran ordusu Qərbi Zəngəzura yerləşə bilər”.
- Qəzanın baş verdiyi ərazidə axtarış işləri davam etdirilir
- ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi
- Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
- Bu gün Azərbaycanda Konstitusiya Günüdür
- Qəzaya düşən təyyarə heyəti ilə bağlı acı xəbər
- Paraddan sonra təyyarənin qəzaya uğraması...
- Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT
- Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək