Bu ilin əvvəllərində Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirmə işləri bitib və yaxın aylarda stansiyanın tikintisinə başlayacağıq.
BUTA.TV xəbər verir ki, bunu "ASAN Radio"nun efirində "Rəqəmsal Dialoq" verilişinin qonağı olan "Teleradio" İB-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elman Həsənov deyib.
"Bu stansiya "Bakı Teleqüllə Kompleksi"ndən sonra Azərbaycanda ikinci metal-beton konstruksiyalı, yeni dizaynlı bir stansiya olacaq. Onun işıqlanması və görüntüsü çox maraqlıdır. Stansiyada təkcə radio və televiziya yayımı olmayacaq, telestudiyalar da yerləşdiriləcək", - E.Həsənov əlavə edib.
O işğaldan azad edilmiş ərazilərdə digər stansiyaların da tikintisinin planlaşdırıldığını vurğulayıb:
Kəmaləddin Heydərovun 3 müavini eyni vaxtda niyə işdən çıxarıldı? - DETALLAR
"Bunlar Zəngilanda Mincivan stansiyası, Qubadlının Xanlıq və Balasoltanlı stansiyalarıdır. İşğaldan azad edilmiş ərazilərdə vaxtilə 25-ə yaxın stansiya olub. Bu ərazilər işğaldan azad edildikdən sonra ilkin monitorinqlər nəticəsində 20-ə yaxın stansiyanın bərpa edilməsinə qərar verildi. Bu, maksimum saydır. Hazırda bu istiqamətdə işlər davam edir. Azad edilmiş ərazilərdə 6 stansiyada yayım bərpa olunub. Onlardan ən böyüyü Şuşada müvəqqəti stansiyadır. Bu stansiyada 10-a yaxın televiziya proqramı və 7 FM kanalı yayımlanır. Digəri Xocavəndin Hadrut qəsəbəsi yaxınlığında Şahyeri stansiyasıdır. Burda da 10-a yaxın televiziya proqramı və 5 FM kanalı yayımlanır. Laçın və Kəlbəcərdə də müvəqqəti olaraq radio və televiziya yayımını bərpa etmişik".
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Həcc üçün sənəd qəbulunun vaxtı uzadıldı
- Qubada məktəbli özünü güllələyərək öldürdü
- "İdrak"da güllələnən müəllimin vəziyyəti... - Açıqlama
- Nərgiz Məhəmmədi başqa həbsxanaya köçürüldü
- Sabahın hava proqnozu açıqlandı
- İstanbulda 7 baldan yüksək zəlzələ olacaq? - VACİB AÇIQLAMA
- Qalib yoxdur, ruslar həftədə 7-8 min əsgər itirir - Rubio