Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini yenidən Bakıya dəvət edib. Əvvəlki təklif martın 13-də təqdim edilmişdi, gəlmədilər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, erməni icması ilə sonuncu görüş martın 1-də Xocalı şəhərində keçirilib:
“Ermənilər Bakıya niyə gəlmək istəmirlər? Bunun bir neçə səbəbi var: Birincisi, separatçılar hesab edirlər ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası və ermənilərini bunu qəbulu anlamıı daşıyır. Bu görüntünün formalaşmasını istəmirlər. İkincisi, separatçılar təkbaşına qərar vermirlər, təlimatlar Moskvadan gəlir. Rusiyanın paytaxtına qərar verənlər isə separatçıların Bakıya gəlmələrinin əleyhinədirlər”.
Kəmaləddin Heydərovun 3 müavini eyni vaxtda niyə işdən çıxarıldı? - DETALLAR
Ekspertin sözlərinə görə, bu müddətdə bölgədə vəziyyət daha da gərginləşib. Erməni separatçılarının Ermənistandan bölgəyə silah daşımasının qarşısını almaq üçün Azərbaycan hərbçiləri Laçına alternativ yolda nəzarət postu yaradıblar:
“Bu hələ son deyil, növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Qarabağın erməni icması durumlarından şikayətçidirlər. Ermənistan hökumətinin şikayət etmədiyi yer qalmayıb, Azərbaycan əleyhinə bir neçə sənədin və açıqlamanın qəbuluna nail olublar. Ancaq bunların Azərbaycanın siyasətinə və qərarlarına təsiri yoxdur. Bundan məyus olan ermənilər tədricən anlamağa başlayıblar ki, onlar Azərbaycanla anlaşmayınca, kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq, enində-sonunda Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar”.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Həcc üçün sənəd qəbulunun vaxtı uzadıldı
- Qubada məktəbli özünü güllələyərək öldürdü
- "İdrak"da güllələnən müəllimin vəziyyəti... - Açıqlama
- Nərgiz Məhəmmədi başqa həbsxanaya köçürüldü
- Sabahın hava proqnozu açıqlandı
- İstanbulda 7 baldan yüksək zəlzələ olacaq? - VACİB AÇIQLAMA
- Qalib yoxdur, ruslar həftədə 7-8 min əsgər itirir - Rubio