Şənbə günü Bakı Qarabağı Ermənistanla birləşdirən alternativ marşruta nəzarəti ələ keçirdi. Qarabağda (Xankəndidəki separatçı rejim üzvlərində - red.) Bakı ilə İrəvan arasında, daha dəqiq desək, Paşinyanla Əliyev arasında razılaşma olduğuna dair şübhələr var.
BUTA.TV xəbər verir ki, belə bir iddia ilə “Hraparak” qəzeti çıxış edib.
“Paşinyan son vaxtlar tez-tez Azərbaycanın “soyqırım siyasətindən” danışır, eyni zamanda sülh müqaviləsinin olacağını bəyan edir. O, bunu hökumətin ötən həftə keçirilən iclasında deyib. Praqa müqaviləsinə uyğun olaraq sülh müqaviləsinin imzalanması isə Qarabağın Azərbaycanın bir hissəsi kimi de-yure tanınması deməkdir. Qarabağdakı ermənilər hesab edirlər ki, Paşinyan Ermənistanla sonuncu marşrutu bağlamaqla, sakitcə sazişi imzalamaq üçün öz gücünü sığortalamağa çalışır. Çünki yol itirildikdən sonra Qarabağ erməniləri İrəvana keçə və olanların cavabını tələb edə bilməyəcəklər.
Sülh müqaviləsi imzalansa, Rusiya sülhməramlı kontingenti Cənubi Qafqazdan çıxarılacaq. Rusiya tərəfinin niyə bütün bunlara qarışmaması ilə bağlı iradımıza, Qarabağ ermənilərindən belə cavab aldıq: “Əgər iki tərəf buna razıdırsa, üçüncü tərəf də bu vəziyyətə uyğunlaşmalıdır”, - məlumatda iddia edilir.
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu
- “Təkcə 1 ixtisas seçmişdim” - 700 bal yığan Samir