Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu.
BUTA.TV xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Yesper Karlsson Azərbaycan millisi ilə keçirilən oyun haqda danışarkən deyib.
Stokholmdakı görüşün 82-ci dəqiqəsində meydana daxil olan və cəmi 6 dəqiqə sonra cərimə zərbəsindən fərqlənən 24 yaşlı hücumçu mübarizəyə məhz bunun üçün qoşulduğunu etiraf edib:
“Bu, xəyal etdiyimiz bir şey idi. Bir gün əvvəl Emil Forsberqlə danışdığım zaman o, mənim qol vurmamağımı pis hal hesab etdi. Buna görə də, meydana qol vurmaq hissi ilə daxil oldum”.
Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinin 2-ci turu çərçivəsində İsveç yığması doğma meydanda Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib.
Əlavə edək ki, Azərbaycanla İsveç arasında Bakıdakı oyun noyabrın 16-da keçiriləcək.
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu
- “Təkcə 1 ixtisas seçmişdim” - 700 bal yığan Samir