Bakı Slavyan Universitetinə (BSU) yeni prorektor təyin olunub.
BUTA.TV xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nailə Xəndan BSU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin olunub.
Rektor Anar Nağıyev bu gün yeni prorektoru kollektivə təqdim edib.
Qeyd edək ki, Nailə Azad qızı Xəndan 1981-ci ildən Bakı Slavyan Universitetində çalışır. Müxtəlif illərdə müəllim, baş müəllim, dosent, Pedaqoji fakültənin dekan müavini, BSU-nun nəzdində Dissertasiya Şurasında fəaliyyət göstərən seminarın sədri və elmi katibi, universitetin tərbiyə işləri üzrə prorektoru, Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi şöbəsinin müdiri, Tərcümə problemləri elmi-tədqiqat laboratoriyasının müdiri, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini və dekan əvəzi vəzifələrində işləyib.
17 fevral 2022-ci il tarixindən Xarici dil müəllimliyi fakültəsinin dekanı vəzifəsində çalışıb.
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu
- “Təkcə 1 ixtisas seçmişdim” - 700 bal yığan Samir